Marqret Ayher

Viersen (Almaniya) 1955-ci ildə doğulub

Berlin və Manheymdə yaşayır və fəaliyyət göstərir. 

Marqret Ayher 1973 – 1979-cu illərdə Düsseldorfda Milli İncəsənət Akademiyasında təhsil almışdır (Prof. F. Şveqler, Prof. R. Sakenheim) və oranı magistr dərəcəsi ilə bitirmişdir. 

Marqret Ayher qobelen sənəti üzrə ixtisaslaşan almaniyalı konseptual rəssamdır. O, informasiya əsrimizdə geniş yayılmış və hamıya tanış olan obrazları barokko obrazları ilə birləşdirən iri qobelenlərin müəllifi kimi məşhurdur. Onun qobelenləri, əsasən, çap və elektron formatda mövcud olan foto-jurnalizm və reklam obrazlarını əks etdirirlər. Müasir informasiya cəmiyyətimizin nişanələri müxtəlif mənbələrdən götürülmüş obrazların konseptual hala gətirilmiş piratlığı kimi həmin əsərlərdə təsvir edilirlər. Marqret Ayherin əsərləri yalnız ona xas olan tərzdə müasirliklə klassik irsin simbiozunu, sintezini, vəhdətini təqdim edirlər. Bu cəhət onun qobelenlərini bu gün olduqca yerinə düşən edir.

Onun sənətkar mövqeyi heç də yaradan şəxsin mövqeyi deyil, əsərin hədəfi olan şəxsin mövqeyidir. Hər-hansı mədəni və ya siyasi müddəanı təsvir etdikdə o, mövcud olan obrazlardan istədiyini seçib istifadə edir. Necə ki kollaj və montaj təsvirlərinin inkişaf dövrü XX əsrin əvvəllərinə təsadüf etmişdir, ‘iqtibas’ da bir mədəni və bədii üsul kimi bizə elə o vaxtdan məlumdur. Marqaret Ayherin əsərlərində isə bu cür dırnaqarası ‘piratlıq’, rəssamın tənqidi və siyasi mövqeyini təşkil edir.

Rəssam bu sənətin əsaslarına sadiq olduğunu öz qobelenlərində sübut edir. O, mərkəzi kompozisiyanın çərçivəsini, ənənəvi olaraq, tarixi simvollardan və məlum semantik rəmzlərdən quraraq, müəyyən müasirlik əlamətlərini də qanuna salınmış qobelen üsulları ilə əsərinə daxil edir (trafaret vasitəsilə). 

Marqret Ayherin media-qobelenləri ucuz başa gələn, lakin, bununla yanaşı, yüksək texnologiyalara söykənən sənaye məhsuludurlar. Saray qobelenləri sənətinin vətəni sayılan Flandriyanın (müasir Fransa, Belçika və Niderland ərazilərini əhatə edən tarixi bölgə) tekstil müəssisələri böyük fəallıq nümayiş etdirərək, köhnə motivlərin yeni-yeni surətlərini istehsal edib dünya bazarında suvenir kimi satırlar. Rəssam qəsdən ənənəvi və bahalı qobelenləri öz əsərləri ilə əvəz etmək yolunu seçmişdir, axı ənənələrə qarşı yönəlmiş bu saxtakarlıq bizim zəmanə üçün səciyyəvi olan elə əyləncələri təmsil edir ki, onlar intellektual mülkiyyətin kollektiv istifadəsinə əsaslanıblar.Seçilmiş sərgiləri

Seçilmiş sərgilər

2015 

Vyana İncəsənət Muzeyi, Avstriya

Hamburger Platz İncəsənət Salonu, Berlin, Almaniya

2014 

BİRLƏŞMƏLƏR: SÜKUT HAQQINDA DÜŞÜNCƏLƏR (Fabrizio Sacchetti, Christian Zucconi ilə birgə), CACTicino Qalereyası, Bellinzona, İsveçrə

KEÇMİŞİN KİV-ləri: BİRİ VAR İDİ, BİRİ YOX İDİ, Anger Muzeyi, Erfurt, Almaniya 

YENİ ZADƏGANLAR, P103 MISCHKONZERN Mərkəzi, Berlin, Almaniya 

KEÇMİŞİN KİV-ləri: BİRİ VAR İDİ, BİRİ YOX İDİ, Alen İncəsənət Muzeyi, Alen, Almaniya  

YENİ GERÇƏKLİK (Isabel Kerkermeier, Adi Hoesle ilə birgə), Krapperups Qalereyası, Höganes, İsveç

NORMALLAŞMA VƏ SƏRVƏT, Gehag-Forum Mərkəzi, Berlin, Almaniya  

2013        

KEÇMİŞİN KİV-ləri: BİRİ VAR İDİ, BİRİ YOX İDİ, Karlsruhe Dövlət Muzeyi (Nöyenburq ticarət mərkəzindəki qəsr və muzey), Baden, Almaniya 

KEÇMİŞİN KİV-ləri: BİRİ VAR İDİ, BİRİ YOX İDİ, Charlottenburg Sarayının Qış Salonu, Berlin, Almaniya 

2012    

CİNS VƏ CİNAYƏT, Heidenheim İncəsənət Muzeyi, Heydenheym

ePATTERNS (ELEKTRON NAXIŞLAR), Carolyn Heinz Qalereyası, Hamburq, Almaniya

2011          

MARAQ, Altes Dampfbad İncəsənət Mərkəzi, Baden-Baden, Almaniya

İŞARƏLƏR İNQİLABI, Gete İnstitutu, Nansi, Fransa

UÇAN XALÇALAR, ARTE telekanalının atriumu, Strasburq, Fransa

İKİLİ GÖRÜNTÜ (Johannes Brus ilə birgə), Erarta Muzeyi, Sankt-Peterburq, Rusiya

2010  

YANLIŞ YOL (Sabine Dehnel, Christian Hagemann ilə birgə), Agathenburg Qəsri, Ştade, Almaniya

2009         

YAXŞI, PİS, BİR DƏ ZALIM, Bernhard Knaus İncəsənət Qalereyası, Frankfurt, Almaniya

İRONİK NİŞANLAR, Caesar&Koba Qalereyası, Hamburq, Almaniya

İRONİK NİŞANLAR, Düsseldorf İncəsənət Mərkəzi, Düsseldorf, Almaniya

2008

O QADIN, DAM Qalereyası, Berlin, Almaniya

2007    

“KİFERA“ GƏMİSİNƏ MİNİK, Filipp Rosbach Qalereyası, Leypsiq, Almaniya

ƏYLƏNCƏ BİR POLAD HAMAMDIR, Caesar&Koba Qalereyası, Hamburq, Almaniya

QƏTİ SURƏTDƏ KONSTRUKTİV, Mannheim İncəsənət Mərkəzi, Manheym, Almaniya

QƏTİ SURƏTDƏ KONSTRUKTİV, Liner Muzeyi, Appenzell, İsveçrə

2006

HEÇ BİR ŞEY GERÇƏK DEYİL, DAM Qalereyası, Berlin, Almaniya

HEÇ BİR ŞEY GERÇƏK DEYİL, Saarbrücken Şəhər Qalereyası, Saarbrükken, Almaniya

QƏTİ SURƏTDƏ KONSTRUKTİV (Florian Merkel ilə birgə), Bernhard Knaus İncəsənət Qalereyası, Frankfurt, Almaniya 

2005

GÖZ QIRPIMINDA – R:E:M: RAPID EYE MOVEMENT,  Rottweil İncəsənət Forumu, Rotvayl, Almaniya

GÖZ QIRPIMINDA – R:E:M: RAPID EYE MOVEMENT, Wolfenbüttel İncəsənət Mərkəzi, Volfenbüttel, Almaniya

2004

XƏYALLAR VƏ YUXULAR, Aachen Ludwig Beynəlxalq İncəsənət Forumu, Ahen, Almaniya

Tematik

2014         

BU ƏBƏDİ SUALLAR. RƏNGKARLIQ BARƏDƏ QEYDLƏR, Kurhaus Kleve Muzeyi, Kleve, Almaniya

2013        

TICHY ÜÇÜN RƏSSAMLAR, Tichy Fondu, Praqa, Çexiya

ƏXLAQ, Roskow rohkunstbau İncəsənət Mərkəzi, Berlin, Almaniya

NAXIŞLI STRUKTURLAR, Flottmann Salonu, Herne, Almaniya

2012        

ƏSƏR-ƏSƏR-ƏSƏR, Liner Muzeyi, Appenzell, İsveçrə

İNCƏSƏNƏTDƏ İDMAN TƏSVİRLƏRİ, MOCAK Müasir İncəsənət Muzeyi, Krakov, Polşa

NAXIŞLI STRUKTURLAR, Reuchlinhaus İncəsənət Mərkəzi, Pforshaym, Almaniya

2011         

“S4“-ün SEÇİM İMKANLARI, Mannheim Şəhər Qalereyası, Manheym, Almaniya 

TƏMKİN, Təsviri Sənət Muzeyi, Tournai, Belçika

NAXIŞLI STRUKTURLAR, Saarbrücken Şəhər Qalereyası, Saarbrükken, Almaniya

2010         

PERİFERİK FOTOQRAFİYA SƏNƏTİ, Eugen Lendl Qalereyası, Qras, Avstriya

PERİFERİK FOTOQRAFİYA SƏNƏTİ, West Foto forumu, İnsbruk, Avstriya

2008    

BU, DURUŞDUR! Darmstadt İncəsənət Salonu, Darmştadt, Almaniya

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)