Mir Nadir Zeynalov

D. 1942, Bakı

Bakıda yaşayıb, yaradır

Mirnadir Zeynalov 1963-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Bədii məktəbini, 1973-cü ildə Moskva poliqrafiya institutunu bitirmişdir. Azərbaycan rəssamlar İttifaqının, "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvüdür.

Mirnadir Zeynalov SSRİ İncəsənət Akademiyasının çoxlu sayda diplomları və medalları ilə təltif olunmuş, "Təsviri sənətdə Nar obrazı" beynəlxalq müsabiqəsinin qalibi, "Fly to Baku. Contemporary art from Azerbaijan", London, beynəlxalq layihənin fəxri iştirakçısı olmuşdur. Rəssamın tabloları onlarla dəfə Moskvada, Kiyevdə, Hyustonda, Los-Ancelesdə, Londonda, İstambulda, Berlində və dünyanın başqa şəhərlərində keçirilmiş sərgilərdə nümayiş etdirilib. M.Zeynalovun rəsm əsərləri həm Azərbaycanda, həm də xaricdə –  R.Mustafaev adına İncəsənət Muzeyində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində, Rusiya rəssamlar İttifaqında, Rusiya Federasiyası Mədəniyyət Nazirliyində, Rusiyanın Bədii fondunda, həmçinin, onlarla şəxsi kolleksiyalarda saxlanılır. 2013-2014 ildə rəssamın tabloları"Sotbis" (London) hərracına çıxarılmışdır. Mirnadir Zeynalovun yaradıcılığının əsas mövzusu Mənəvilikdir. Yer kürəsinin Kamçatka, Saxalin, Hindistan, Şri Lanka, İran, İraq, Misir, İtaliya, Malta kimi guşələrində olmuş Mirnadir Zeynalov yaradıcılıq vasitəsilə xalqların, qədim inancların və dinlərin ənənəvi simvollarını yenidən anlayır, İnsan və Kainatın harmoniyasını yeni üslubda göstərir.

Mir Nadir Zeynalov qeyri-adi, müxtəlif istedadlara malik insandır, onun söz, rəng və musiqidə poetik dünyagörüşü, əhval-ruhiyyəsi metaforikdir. Rəssamın dünyaya baxışı, cismani, vizual mənimsəmə ilə kifayətlənmir: reallığın qaçılmaz olduğuna əsaslanaraq, sənətkar hadisələrin mahiyyətini, onların ağlasığmaz daxili həyatını aşkara çıxarır.Mir Nadir Zeynalovun yaradıcılıq dünyası sinkretikdir - o, rəngkarlıqdan musiqiyə, musiqidən poeziyaya keçərək dəyişir, yaradıcılıq imkanlarının özünüifadə sərhədlərini genişləndirir. Hər yeni əsəri digərini tamamlayır – şeirlərini oxuduqca, sanki rəsmləri görüb dərk edirsən, musiqili meditasiyalara qulaq asarkən isə rəngkarın incə dünyasına baş vurursan. Bununla belə, heç kəs tam olaraq bu dünyanı dərk edə bilmir, ona yalnız toxunmaq mümkündür. Sənətkarın dünyası durmadan axan sevgi, ehtiras, həyat yanğısının selidir. Tükənməz məhəbbət ruhu dirçəldir, bədəni hərəkətə gətirir, rəsm, şeir, musiqi, rəssamın mənəviyyat və həyatı dərk etmənin dərinliyi ilə dolu reallığını yaradan quruculuq enerjisini bəxş edir.Rəssam deyir: “İncəsənət duadır, işlədikcə elə bil dua edirsən.” Onun fiqurativlikdən predmetsizliyə və geri keçidləri, ayın  dövrlərinə tabe olan qabarma və çəkilmələrə bənzəyən, canlı və gözəl olan hər bir şeyin ölçüsünü müəyyən edən kəfkirə bənzəyir. İş zamanı o, şaman tək meditasiya edərək, fırçanın kətana  toxunmasına, boya damcılarının və ya sıçrantılarının istiqamətinə nəzarət etmir. 

Ruhun səmalara ucaldığı və naməlum qüvvələrin səni hərəkətə gətirdiyi prosesin özü olduqca gözəldir. Bir anda bu qüvvə rəssamı tərk edir və o, kətandan uzaqlaşır: “Mən xoşbəxt insanam — Allah mənə istedad bəxş edib, kosmos ilə, özü ilə ünsiyyət kanalıını açıb, çox insanlar isə bundan məhrumdur”.

FƏRDİ SƏRGİLƏR

2017 

75 illik yubiley sərgisi, Muzey Mərkəzi, Bakı, Azərbaycan

2012 

Fərdi sərgi, Müasir İncəəsnət Muzeyi, Bakı, Azərbaycan

2011 

Fərdi sərgi, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi, Bakı, Azərbaycan

2007 

65 illik yubiley sərgisi, Muzey Mərkəzi, Bakı, Azərbaycan

2003 

Fərdi sərgi, Space televiziyasının binası, Bakı, Azərbaycan

2002 

65 illik yubiley sərgisi, S.Bəhlulzadə adına sərgi salonu, Bakı, Azərbaycan

1995 

Fərdi sərgi, R.Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyi, Bakı, Azərbaycan

1990 

Fərdi sərgi, Mərkəzi Rəssamlar Evi, Moskva, Rusiya 

Fərdi sərgi, N.Radişev ad. İncəsənət Muzeyi, Saratov, Rusiya

1987 

“Hindistanı gəzərkən” fərdi sərgisi, Dostluq Birliyi, Moskva, Rusiya

1985 

“Hindistanı gəzərkən” fərdi sərgisi, Dostluq Birliyi, Bakı, Azərbaycan

1981 

Fərdi sərgi, V.Səmədova ad. sərgi salonu, Rəssamlar İttifaqı, Bakı, Azərbaycan

QRUP SƏRGİLƏR

2017 

“Abşeron ulduzları - 1960-1980-cı illər Azərbaycan rəssamları”, Dövlət Tretyakov Qalereyası, Moskva, Rusiya 

"Azərbaycanın rənglərinin sehrli rənglər dünyası", Azərbaycan rəssamların sərgisi, Sofiya, Bolqarıstan

2016 

“Gözəlliyin işığı”, qrup sərgisi, Muzey Mərkəzi, Bakı, Azərbaycan

2015 

9-cu beynəlxalq incəsənət festivalı, İnəcənət Muzeyinin qalereyası, Antaliya, Türkiyə

Dünya İncəsənəti Akademiyası üzvlərinin sərgisi, İncəsənət Evi, Şüvəlan, Azərbaycan 

2014 

“Nuda Veritas”, Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan

“Yeni era”, Dünya İncəsənət Akademiyasının üzvlərinin sərgisi,  Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan

“Kəsişmə nöqtəsində: İstanbuldan Kabuladək müasir incəsənət”, Sotsbi, London, Böyük Britaniya

2013 

“Balıq bürcü”. Muzey Mərkəzi, Sərgi Qalereyası, Bakı, Azərbaycan

“Kəsişmə nöqtəsində: Qafqazdan Mərkəzi Asiyayadək Müasir İncəsənət”, Sotsbi, London, Böyük Britaniya 

2012 – 2013 

“Bakıya uçuş - Azərbaycanın müasir incəsənəti”. Səyyar sərgi: Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan; İncəsənət Tarixi Muzeyi, Vena, Avstriya; XXI əsr Müasir İncəsənət Muzeyi, Roma, İtaliya; “Multimedia-art” muzeyi, Moskva, Rusiya; “MeCollektor Room” qalereyası, Berlin, Almaniya; Solomon de Rotşild oteli, Paris, Fransa; “Filip de Puri və Ko” qalereyası, London, Böyük Britaniya 

2012

“Keçmişdən gələcəyə mədəniyyət irsi”, Bakı Yaradıcılıq Mərkəzi, Bakı, Azərbaycan 

“Təsviri incəsənətdə nar” sərgi-müsabiqə, 1-ci yer, AZNAR, V.Səmədova ad. qalereya, Bakı, Azərbaycan

“Azərbaycan - Külək və odun rənrgləri” Benetton layihəsi kitabı, İmago Mundi: Bəşəriyyət mədəniyyəti” sərgisi, Trevizo, İtaliya

2011 

Dünya Rəssamlar Akademiyasının 6 üzvünün sərgisi, V.Səmədova ad. sərgi salonu, Bakı, Azərbaycan

2-ci Beynəlxalq İncəsənət Festivalı, Qəbələ, Azərbaycan

“Azərbaycan incəsənəti əsrlərin qövşağında”, R.Mustafayev ad. Dövlət İncəsənət Muzeyi, Bakı, Azərbaycan

“Odlar yurdu Azərbaycan”, Azərbaycan Mədəniyyəti günləri çərçivəsində sərgi, Eğvö oteli, Paris, Fransa 

2010 

“Azərbaycan incəsənəti əsrlərin qövşağında”, R.Mustafayev ad. Dövlət İncəsənət Muzeyi, Bakı, Azərbaycan

2009 

“Black and White”, “Ağ və qara”, Muzey Mərkəzi, Bakı, Azərbaycan

2008 

"Zaman mərhələləri", Almaniyada Azərbaycan mədəniyyəti günləri çərçivəsində sərgi, Milli Rəsm Qalereyası, Drezden, Almaniya

1993 

Azərbaycan rəssamlarının sərgisi, Los Anceles, ABŞ

Beynəlxalq sərgi, Berlin, Almaiya

1989 

Azərbaycan rəssamlarının sərgisi, Xyuston, ABŞ

1986 

"Zaqafqaziya bienalesi", Tbilisi, Gürcüstan

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)