Nəzrin Məmmədova

1989-cu ildə Gürcüstanın Kutaisi şəhərində anadan olub.

Bakıda yaşayıb-yaradır.

Nəzrin Məmmədova Azərbaycan Avrasiya Diplomatik Akademiyasının məzunudur (2010). 2012-ci ildə o, Moskvada Böyük Britaniya Ali İncəsənət və Dizayn Məktəbini fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı dövrdə o, bədii foto dərsləri alıb, 2008-ci ildən etibarən foto sahəsində işləyir və 2012-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Onun “Flat Echo” silsiləsi hər biri ayrı-ayrılıqda iki müstəqil iş olan 10 fotodan ibarətdir.

Nəzrin Məmmədova “012 Baku Public Art Festival”-nın ən gənc iştirakçılarından biri olub. Onun “Xəzər” layihəsi polad, şüşə, sement və Xəzər dənizi suyunun istifadəsi ilə ərsəyə gələn layihədir ki, Xəzər dənizində suyun səviyyəsi kimi vacib ekoloji problemə diqqəti çəkir. Bunun vasitəsilə rəssam XXI əsrdə bəşəriyyət üçün ən təhlükəli hallardan biri olan, iqlim dəyişikliyi prosesindən narahatlığını göstərir. Digər tərəfdən də, Bakı şəhərinin qədim hissəsində yerləşən instalyasiya, dinamik, müasir və sürətlə inkişaf edən ərazinin bir zamanlar Xəzər dənizinin suları altında olmasını xatırladır.

Bəzən rəssam, yaradıcılığında əminliklə haşiyəyə çıxmaqdan çəkinmir. Lakin bu kəskin və itaətsiz yanaşma, şəxsiyyətin daxilində gedən axtarışlar, zaman və məkan çərçivəsini qıraraq individual bədii inkişafa xidmət edir. 

Sərgilər:

2014

“A TIME FOR DREAMS”, 4-cü Beynəlxalq Gənc Sənət Moskva Biennalesi, Müasir İncəsənət Muzeyi, Moskva, Rusiya

“START” Art Fair, Saatchi qalereyası, London, Böyük Britaniya

“GRİD” Foto Festivalı, Vondel CS, Amsterdam, Niderland

16-cı Şarja İslam İncəsənəti Festivalı, Şarja İncəsənət Muzeyi, Şarja, BƏƏ

2013

“ЗАВОД”, Qrup sərgisi, Bakı Kondisioner Zavodu, Bakı, Azərbaycan

“PAT VƏZİYYƏTİ”, Qrup sərgisi, Yay qalereyası, Bakı, Azərbaycan

2012 

III Beynəlxalq Moskva Gənclər insəcənəti Biennalesi, Moskva, Rusiya

'Birləşən Körpülər', Müasir İncəsənət Mərkəzi, Bakı, Azərbaycan

'012 Baku Public Art Festival', Filarmoniya bağı, Bakı, Azərbaycan

2010

'Forword' ('Ön Söz'), Yarat Müasir İncəsənət Alternativ Məkanı, Bakı, Azərbaycan

Art Bazaar, Müasir İncəsənət Sərgisi, VƏTƏN k/t, Bakı, Azərbaycan

Azərbaycan Qadını, fotoqrafiya sərgisi, Muzey Mərkəzi, Bakı, Azərbaycan

2009

Aluminum 4, Beynəlxalq Müasir İncəsənət Biennalesi, Bakı, Azərbaycan

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)