Soltan Soltanlı

D. 1976, Kalva, Ağsu, Azərbaycan

Bakı və Ağsu şəhərlərində yaşayıb yaradır

Rəssam Soltan Soltanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya (bakalavr) və dilçilik (magistr) fakültələrini bitirsə də, rəssamlığı sərbəst şəkildə öyrənib. Əslən Ağsu rayonunun Kalva kəndindən olan və Bakıda yaşayan Soltan, rəssamlıq sənətinin sirlərinə hələ kənddə yaşadığı gənclik illərində  yiyələnib. Soltanın fəlsəfəyə və rəssamlığa qarşı sevgisi, onun yaradıcılığında öz əksini tapıb və əsərlərinin estetik xüsusiyyətləri, yaradıcılıq və təhsil sahələrində apardığı axtarışların nəticəsidir. Öz üslubuna “irrealizm” adını verən Soltan, ekspressiv ikonoqrafiya, peyzajlar və portretlər vasitəsilə ümumbəşər həqiqətləri təqdim etməyə çalışır. Onun bədii mesajları, insan təcrübəsi, empatiya və optimizm ilə zəngindir. Sənətkar, həm də qrafik rəssam və karikaturaçı kimi tanınır və müxtəlif beynəlxalq karikatura müsabiqələri və sərgilərində iştirak edir. 2018-ci ildə keçirilmiş 9-cu Beynəlxalq Turizm Karikatura Müsabiqəsində (Türkiyə) üçüncü yerə layiq görülüb. 

FƏRDİ SƏRGİLƏR

2019

“Yüksək ideyalar yolunda”, "İrşad" oteli

2018

“İrrealizm”. Bakı, Yunis Əmrə İnstitutu 

2017

Avropa Tələbə Psixoloqlar Assosasiyaları Federasiyasının 31-ci Umumavropa Konqresi çərçivəsində fərdi sərgi. Qax şəhəri, “El restore” oteli 

2004

Fərdi sərgi, İçərişəhər, Muğam Teatrı

Fərdi sərgi, Təbriz, Ərdəbil, İran

2003

Fərdi sərgi, Azərbaycan Rəssamlar İttifaqı V.Səmədova adına sərgi salonu

2001

Fərdi sərgi, M.F.Axundov adına Milli Kitabxana

2000

Fərdi sərgi, Azərbaycan Rəssamlar İttifaqı, V.Səmədova adına sərgi salonu

MÜKAFATLAR

2019

İştirak sertifikatı, Malayziya Beynəlxalq Karikatura Sərgisi, Sinqapur

2018

Diplom, beynəlxalq yumor müsabiqəsi, La Sonrisa Inca, Cusco, Peru

İştirak sertifikatı, 2-ci Beynəlxalq Karikatura Festivalı, Al-Quds, İran 

İştirak diplomu, 4-cü Karikatura və rəsm müsabiqəsi, Kolumbiya

İştirak sertifikatı, 4-cü Karikatura sərgisi, Xorvatiya

Nominasiya, BUCOVINA, 12-ci Beynəlxalq Satirik rəsm sərgisi, Rumıniya 

İştirak sertifikatı, 6-cı yumor bienalesi, Luiz Doliviera Guimaraes, Portuqaliya

İştirak diploma, Beynəlxalq karikatura sərgisi, Ymittos, Yunanıstan 

III yer, 9-cu Beynəlxalq Turizm Karikaturaları Yarışması, Türkiyə

İştirak sertifikatı, 5-ci Beynəlxalq Karikatura Sərgisi, Qahirə, Misir

Uğurlu əsər sertifikatı, 4-cü Beynəlxalq Karikatura müsabiqəsi, Makedoniya Macedoniya

2017

Fəxri fərman, 6-cı Sejonq Beynəlxalq Karikatura Müsabiqəsi, Koreya

İştirakçı şəhadətnaməsi, Jitet və Dostları Sərgisi, İndoneziya

II yer, 6-cı Qrafik Yumor Müsabiqəsi, İspaniya 

İştirakçı şəhadətnaməsi, 9-cu Beynəlxalq Eskişehir Karikatura Festivalı, Türkiyə

2016

Fəxri fərman, Beynəlxalq Universal Karikatura Ustaları, Türkiyə

İştirakçı şəhadətnaməsi, 2-ci Secac Beynəlxalq Karikatura Sərgisi, İndoneziya

2015 

Fəxri fərman, 4-cü Sejong Beynəlxalq Karikatura Müsabiqəsi, Koreya

2005

Xüsusi mükafat, 3-cü Leng Mu Beynəlxalq Karikatura Müsabiqəsi, Çin

2004

Fərqlənmə mükafatı, 2-ci Leng Mu Beynəlxalq Karikatura Müsabiqəsi, Çin

2003

Xüsusi mükafat, 12-ci Daejon Beynəlxalq Karikatura Müsabiqəsi, Koreya

2002

Xüsusi mükafat, 1-ci Leng Mu Beynəlxalq Karikatura Müsabiqəsi, Çin

2001

III yer, EFPAC 1-ci Beynəlxalq Karikatura Müsabiqəsi, Misir

I yer, 1-ci Beynəlxalq Ədalətli Oyunlar Karikatura Müsabiqəsi, Türkiyə

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)