Baxış

Yay Qalereyası müxtəlif janr və nəsillərə mənsub olan qabaqcıl Azərbaycan rəssamlarını təqdim edən aparıcı müasir incəsənət qalereyasıdır. 2012-ci ildə Bakıda yarandığı gündən qalereya Fərid Rəsulov, Rəşad Ələkbərov, Aida Mahmudova, Faiq Əhməd, Orxan Hüseynov, Rəza Hazare kimi son illər ərzində beynəlxalq məşhurluq əldə etmiş rəssamların karyeralarına sadiq qalır. 

Yay Qalereyasının sərgi proqramı, həmçinin dünyada olan innovativ rəssamların əsərlərinin Bakıya gətirilməsini də nəzərdə tutur, o cümlədən, eksperimental Fransız performans rəssamları olan Les Gens d'Uterpans və görkəmli İran rəssamı Mahmud Baxşı daxil olmaqla təqdim edilməkdədir. 

Bakının ürəyi hesab olunan İçəri Şəhərdə yerləşən Yay Qalereyası UNESCO-nun dünya irsi siyahısına salınmış ərazisində yerləşir. Yay Qalereyası qeyri-kommersiya təşkilatı olan  Müasir İncəsənət Məkanı tərəfindən, onun öhdəliyinin bir hissəsi kimi Azərbaycan incəsənətinin infrakstrukturuna dəstək olaraq təsis olunub. Qalereya kommersiya xarakterlidir, lakin qeyri-kommersiya məqsədlər üçün fəaliyyət göstərir. Yay (az. dilində “yaymaq” mənasında ) işlərin satışından əldə olunmuş gəlirləri rəssamlar və Yarat arasında bölüşdürür. 

Qalereyanın bədii gündəliyində ən istedadlı və perspektivli, eləcə də tanınmiş rəssamların əsərlərini Azərbaycanda və xaricdə nümayiş etdirməkdir. Öz proqramından əlavə qalereya rəssamlar və geniş ictimayyət arasında fikir və təcrübə mübadiləri üçün platforma yaratmaq məqsədilə müntəzəm olaraq mühazirələr, film nümayişləri, seminarlar təşkil edir. 

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)