‘Between the Sea and Mountains’ Group Exhibition

YAY Qalereyası Sizi böyük məmnuniyyətlə Dəniz və dağlar arasında adlı qrup sərgisinin açılışına dəvət edir.


Dəniz və dağlar arasında sərgisi milli, mədəni və şəxsi mənsubiyyət suallarının araşdıran iki müxtəlif Azərbaycan rəssamları nəslinin əsərlərini bir araya gətirir. 

Dəniz və dağlar arasında sərgisi müstəsna olaraq Azərbaycanın coğrafi və tarixi kontekstindən çıxış edir və  həm avropalı həm də asiyalı olan, öz mədəni identikliyini ərəb, fars və rus təsirləri altında formalaşdırmış türkdilli xalq haqqında danışır.


Gənc rəssamlar Zamir Süleymanov və Emin Əzizbəylinin həmmüəllif olduqları qısametrajlı Astar filmi gənc oğlanın həyatda tutduğu adi işlərdən bəhs edir. Gerçəkliyin təxəyyülə qarışdığı bu film quraşdırma mühit konseptini, eləcə də şəxsiyyətin kimliyinə bu mühitin necə təsir göstərməsini araşdırır. 

Nadir Eminov Bəhram Gur və əjdaha instalyasiyasında Bakıda son illər ərzində aparılan rekonstruksiya və yenidənqurma işlərinə münasibət bildirir. Rəssamın fikrincə ictimai əraziləriüzlük daşları ilə yerli-yersiz örtmək tendensiyası kitç mədəniyyətindən başqa bir şey deyil. 

Zamir Süleymanovun Dağlar! Dağlar! adlı 7 ekranlı videosu Naxçıvanın yeddi müxtəlif dağ zirvəsi fonunda telefonla danışan kostyumlu kişiləri təsvir edir. Videoda iki müxtəlif – sosial və mifoloji baxış nöqtəsi yozulur. Rəssam birincisində “xüsusi əhəmiyyətli insan” fiqurunu yaradırsa, mifoloji yanaşmada 7 rəqəminin müqəddəs olmasını və əfsanəyə görə Nuh peyğəmbərin gəmisi Naxçıvan dağlarında, petroqlifləri ilə məşhur olan Gəmiqaya adlı yerdə lövbər salmasına işarə vurur.

Fərhad Fərzəli Gələ, sənə iki şirvan! Qoy cibüvə əsərində Sovet İttifaqı dönəmində hər kəs üçün əlçatan olan parçanın üzərinə uşaqlıqda eşitdiklərimiz sözləri kiril əlifbası ilə həkk edir. Bununla rəssam son 80 il ərzində Azərbaycan əlifbasının rəsmən üç dəfə dəyişdiriməsini vurğulayır. 

Aida Mahmudovanın 05.2015-07.11.2015 əsəri seyrçini nostalji duyğularının qanadlarında melanxolik mənzərəyə uçurur. Əsər dünya xəritəsində Azərbaycanın hal-hazırkı mövqeyinin təcəssümüdür.

Parisdə yaşayan Azərbaycanlı rəssam Babi Bədəlov söz birləşmələrindən yaratdığı əsərlərində mənşə və irs, o cümlədən regionun ideologiyasının formalaşmasında əhəmiyyətli rol oynamış dəyərlər mövzularını əhatə edir.  

Fərid Rəsulov Memarlıq dixotomiyası silsiləsində olan Adsız instalyasiyasında iki iri beton blok arasına incə şəbəkəni yerləşdirib. Şəbəkənin Azərbaycanı simvolizə elementi kimi qələmə verərək, rəssam ölkənin regionda tutduğu geosiyasi mövqeyini göstərir. 

Elturan Məmmədov Adsız yüksəkliklər adlı instalyasiyası Azərbaycanın mürəkkəb geosiyasi reallıqlarına münasibət qismində çıxış edir. Məşhur Google Maps proqramını istifadə edərək,Dağlıq Qarabağ zonasında işğal altında olan və daim atəşə məruz qalan adsız yüksəkliklər vəonların ətraflarında olan yaşayış məntəqələrinin yaşayışı problemlərinə toxunur. 

Tahir Salahovun Novxanı ziyarətgahı tablosu xalqın irsi identikliyi mövzusunu vurğulayır. Azərbaycanın hər bir hissəsində rast gəlinən, lakin İslam dininə zidd olan ziyarətgahların mövculduğu faktı paradoksal haldır. Lakin bu insanların onlara olan inamını azaltmır...

Məmmədhüseyn Hüseynovun Xınalıq adlı əsəri Azərbaycanın şimalında Böyük Qafqaz dağlarının yüksəkliklərində yerləşən eyniadlı kəndin mənzərəsini təsvir etməklə yanaşı, fərqli dili və adət-ənənələri, unikal memarlığı və mədəniyyəti olan etnik qrupun mövculduğuna diqqəti cəlb edir. 


Sərginin kuratorları: Björn Geldhof və Fərəh Ələkbərli


Sərginin açılışı: 20 iyun, 2017, saat 19:00

Sərginin müddəti: 20 iyun – 29 sentyabr, 2017 

İş rejimi: Çərşənbə axşamı – Bazar, saat 12.00-18.00

Məkan: YAY Qalereyası, İçərişəhər, Kiçik Qala küçəsi, 5 

Giriş sərbəstdir.

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)