Dejan Kaludjeroviç

Fərdi sərgi: Müsahibələr – Azərbaycan

Dejan Kaludjeroviç "Müsahibələr – Azərbsycan" fərdi sərgisi

27 noyabr 2014 – 19 yanvar2015

YAY Qalereyası, Bakı, Azərbaycan 


YAY Qalereyası 27 noyabr 2014-ci ildən 19 yanvar 2015-ci ilə kimi Dejan Kaludjeroviçin Müsahibələr – Azərbaycan adlı fərdi sərgisini təqdim edir. 

Dejan Kaludjeroviç sabiq Yuqoslaviyanın paytaxtı Belqradda dünyaya göz açıb. Çeşidli təsviri sənət sahələrində əldə etdiyi nailiyyətlərə görə ona Avstriyanın fəxri vətəndaşı adı verilib. Vyanada Tətbiqi Sənət Akademiyasında oxuduğu sinfin rəhbəri Ervin Vurm olmuşdur. Təsviri sənət üzrə magistr dərəcəsini 2004-cü ildə Belqrad İncəsənət Akademiyasında alıb.

Şəxsiyyətin formalaşmasını, təmsilçilik formalarının sabitliyini təhlil etmək məqsədilə Dejan Kaludjeroviç elə 1990-cı illərin ortalarından – peşə karyerasının Belqradda başlandığı vaxtdan öz yaradıcılığını istehlakçı yanaşmanın uşaqlıq dövrü ilə necə uzlaşdığının tədqiqata çevirdi. Onun yaratdığı rəngkarlıq və qrafika işləri, obyekt, video-film və instalyasiyalar, əksər hallarda, müəyyən təkrar işlənmə proseslərini, surət çıxarmanı, hərəkətlərin təkrarlanmasını əks etdirirlər. Mexaniki çoxalmanı təqlid edən cizgilərlə o, populyar mədəniyyətə hopdurulmuş darıxdırıcı yeknəsəqliyi tənqid edir.

Kaludjeroviçin əsərləri bir çox şəxsi və dövlət kolleksiyalarında yer alıblar, o cümlədən MUSA, KONTAKT, STRABAG, Vyanadakı Artothek des Bundes, Zaltsburqdakı Museum der Moderne, October Salon Collection, Belqrad Şəhər Müzeyi, Berlindəki APT və s. kolleksiya və muzeylərdə nümayiş etdirilir.


Bu layihə SOCAR Dövlət Neft Şirkəti və Avstriyanın Azərbaycandakı Səfirliyinin dəstəyi və birgə əməkdaşlığı ilə təşkil edilmişdir.


Şəxsiyyətin formalaşmasını, təmsilçilik formalarının sabitliyini təhlil etmək məqsədilə Dejan Kaludjeroviç 1990-cı illərin ortalarından – peşə karyerasının Belqradda başlandığı vaxtdan öz yaradıcılığını istehlakçı yanaşmanın uşaqlıq dövrü ilə necə uzlaşdığının tədqiqatına çevirdi. Onun yaratdığı rəngkarlıq və qrafika işləri, obyekt, video-film və instalyasiyalar, əksər hallarda, müəyyən təkrar işlənmə proseslərini, surət çıxarmanı, hərəkətlərin təkrarlanmasını əks etdirirlər. Mexaniki çoxalmanı təqlid edən cizgilərlə o, populyar mədəniyyətə hopdurulmuş darıxdırıcı yeknəsəqliyi tənqid edir. Qoran Petroviç Lotina (Kurator)


Rəssamın təqdimat sözü

Mənim işim, əsas etibarilə, məsuliyyət və manipulyasiya mövzularını əhatə edir. Başqa sözlə, KİV-lərin, təhsil sistemlərinin, ailə vəziyyətinin cəmiyyətə necə təsir göstərdiyini hədəfə alır. Mənim işim – görüntünün necə Qərb mədəniyyətində, cəmiyyətin qorxu və zorakılığa tutulmasında, kapitalizmin struktur və mexanizmlərində mühüm rol oynamasının araşdırmasıdır; yəni, araşdırdığım – kapitalist sisteminin necə “məharətlə” uşaq, zorakılıq və seks görüntülərindən KİV-lərdə istifadə və manipulyasiya etdiyinin araşdırması. Mənim işim, uşaqların müxtəlif mərhələlərdə cəmiyyət tərəfindən necə başa düşüldüyünü və bunun sosial təfəkkürlə necə uzlaşdığı sualını ortaya qoyur. Mən uşaqların istismar olunması və uşaq görüntülərindən kommersiya məqsədləri üçün istifadə olunması problemi ilə maraqlanıram.

Mənim yaradıcılıq üsullarım foto ilə rəssamlığın, fiqurla zəminin, perspektivlə əks-perspektivin bir-birinə keçməsini, qovuşmasını əks etdirir. Bundan əlavə, mən gizli ilə aşkarın, biixtiyar alınanla hazırlanmışın, keçmişlə indinin, şəxsi ilə ictimainin, uşaqla böyüyün, təhlükəli ilə zərərsizin eyniköklü qoşalıq təşkil etdiklərini – dixotomiyalarını da tədqiq edirəm.  


Təqdimat günü: 27 noyabr, 2014 saat 19:00.

Giriş sərbəstdir.

Sərgi 19 yanvar 2015-ci il tarixinədək davam edəcək.

İşləmə vaxtı: 12:00 > 20:00 (Bazar ertəsindən başqa)

Ünvan: İçəri Şəhər, Kiçik Qala küç. 5

Telefon: 012 505 2323

E-mail: info@yaygallery.com

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)