Fəxriyyə Məmmədova

Fərdi sərgi: 'Dua*s'


21 aprel - 5 iyun 2015 tarixində, fotoqraf-rəssam Fəxriyyə Məmmədovanın fərdi sərgisini təqdim edir.


Təhsili üzrə keramikaçı və dizayner olan Fəxriyyə Məmmədova – Rəssamlar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin, həmçinin Azərbaycanın müasir incəsənət xadimlərini birləşdirən “Zamanın Qanadları” assosiasiyasının üzvüdür. Fotokameranın hüdudsuz imkanları kreativ dizaynerin əlində, həmçinin xırdalıqlardakı gözəlliyi və əhəmiyyəti ortaya çıxara bilmək bacarığı ilə bərpaçıya xas diqqətcilliyə malik xüsusiyyəti onun yaradıcılıqdakı inkişafı üçün qeyri-məhdud perspektivlər yaratmışdır. 

«Dua*s» sərgisi yalnız hərgünkü həyatın rakursları, detalları ilə deyil, həm də maraqlı işləmə texnikası ilə cəlbedicidir. Fəxriyyə fotoslaydları şəffaf kuba əridib qatır və onlar bir-birilərilə kəsişdikdə başqa ölçülü məkandan baxış təəssüratı yaradır.

Bizi əhatə edən dünyada hər bir element , hər bir cizgi əhəmiyyətli ola bilər, bunun üçün gərək ona başqa bucaqdan baxasan. Getdikcə tezləşən zaman daxilində baş verən nəhəng informasiya axınında gözəl anı tutmaq hərdən olduqca çətin olur. Əslində isə hər şey sadədir! “Dua’s” layihəsində Fəxriyyə Məmmədova öz modelini təqdim edir. Onun işlərində zaman sanki “sehrli mücrülər”də qorunur – o, çoxahənglidir, çoxtəbəqəlidir, o, baxış bucağından asılı olaraq, işıq və çalarlarla bərq vurur. İşlər məcbur edir ki, “fon” və “fiqurun” yalnız bizim idrakımızın seçimi olduğu haqda fikirləşəsən. Əks tərəfdən daxil olmaq kifayətdir – və an yeni çalarlarla parıltı saçmağa başlayacaq.

2000-ci ilin əvvəllərindən Fəxriyyə Məmmədovanın işləri, Azərbaycanın müasir incəsənətinə dair bütün vernisajlarda öz yerini inamla tutmuşdur. 2011-ci ildən Fəxriyyə YARAT Müasir İncəsənət Məkanının layihələrində iştirak  edir. “Fly to Baku” sərgiləri arasında, 2013-cü ildə o, 55-ci Venesiya İncəsənət Biennalesində Azərbaycanı təmsil etmişdir.

Fəxriyyə Məmmədovanın işləri müxtəlif vaxtlarda Türkiyə, Gürcüstan, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, ABŞ, Yunanıstan, Rusiya, Özbəkistan, Ukrayna kimi ölkələrdə sərgilənmişdir.


Təqdimat günü: 21 aprel, 2015 saat 19:00.

Giriş sərbəstdir.

Sərgi 5 iyun 2015-ci il tarixinədək davam edəcək.

İşləmə vaxtı: 12:00 > 20:00 (Bazar ertəsindən başqa)

Ünvan: İçəri Şəhər, Kiçik Qala küç. 5

Telefon: 012 505 2323

E-mail: info@yaygallery.com

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)