Launch Event

Related Artists

Funksiya. Quruluş. Dəyişiklik.

YAY Qalereyası Sizi „Funksiya. Quruluş. Dəyişiklik.“ adlı qrup sərgisini təqdim edir: Hüseynzadə, Asiyat Fatullayeva, Elnur Babayev, İlkin Hüseynov, Emil Xalilov, Sevinc Aslanova, Faxriyyə Məmmədova, Orxan Aslanov, Nana Rahimova, Sergey Xrustalyov, Nata  Vahabova, Cavidan Axundov


Kuratorlar: Asiyat Fatullayeva, Lana Sokolova, Anna Fex


Sərgi YAY Qalereyası tərəfindən ArtFaktor foto agentliyinin təşkilatı dəstəyi ilə təşkil olunur.


Sərgi Azərbaycan fotoqraflarının bəzi ətraf obyektləri, çoxqatlı dinamik sistemlər kimi araşdıran əsərlərini təqdim edir. Kamera obyektivi maraqlı mövzuları, funksiya, quruluş və dəyişiklik kimi ölçülər vasitəsilə anlamağa çalışır. Quruluş – elementlər arasındakı məkan əlaqələri müəyyənləşdirir, funksiya – ayrı-ayrı cəhətlərin qarşılıqlı təsiridir, dəyişiklik isə quruluşla funksiyanın dəyişkənlik xüsusiyyətidir. Demək olar ki, bu ölçülər ətraf aləmi olduğu kimi göstərməyə imkan verirlər. Həmçinin, onları məzmun səviyyəsində tətbiq etməklə daxili paradoksal anları da aşkarlamaq mümkündür.  

Birinci mərtəbədə keçmiş sovet dövrünü sənədləşdirmiş Hüseyn Hüseynzadənin foto silsiləsini görmək olar. Bu fotolarda mərkəzləşmiş sistem şəraitindən kənara çıxa bilməyən insanlar bir qurğu kimi, vahid mexanizmin daim hərəkətdə olmasını təmin edən çarxlar kimi göstərilib. Həmçinin, Asiyat Fatullayeva da insanları öz kompozisiyalarına daxil etdikdə, onları adsız, pazl oyun-tapmacası kimi göstərir: simalar naməlum qalaraq, qurğunun bütövlüyünü təmin edirlər. Bəs bu sistem, bu quruluş çökəndə, nə olur? İlkin Hüseynov “Şərikli su” silsiləsində Sovet İttifaqının dağılmasından sonra su hövzələrinin bölünməsi və qeyri-müəyyən ayırmalar nəticəsində yaranan münaqişələri təhlil edir. Cavidan Axundov öz foto toplusunu “Puça çıxmış niyyətlər” adlandırmışdır. O, məzmunu tanınmaz hala salan texniki səhvləri və xətaları (fotolentin lüzumsuz işığa məruz qalması, yırtılması və s.) şərh edir. Nata Vahabova öz silsiləsində taleyinə dəyişiklik yazılan bir ailənin – vaxtilə zadəganlardan olub, Şura Hökuməti gəldikdə isə müsadirə ilə üzləşmiş, indi də kasıbçılıq içində yaşayan bir fəhlə ailəsinin həyat şəraitini sənədləşdirmişdir.

İkinci mərtəbədə Emil Xəlilov, Sevinc Aslanova, Fəxriyyə Məmmədova, Elnur Babayev, Nana Rəhimova, Hüseyn Hüseynzadə, Orxan Aslanov və Sergey Xrustalyov kimi fotoqrafların seçilmiş əsərlərində səthlərin, strukturların və eləcə də münasibətlərin incə ahəngi tədqiq olunur. Hərçənd, birinci mərtəbədən fərqli olaraq, bu təsvirlər, sanki, gündəlik həyata aid deyil və artıq konkret hadisələr haqqında bəhs etmirlər. Bu fotolarda təsvir olunan müəmmalı, abstrakt səhnələrin məzmunu zəriflik, xəyalpərvərlik və romantikadır. Onlar bizi xatirələr, proyeksiya və introspeksiyalar məkanına aparır, seyrçinin öz təxəyyülü üçün də yer saxlayırlar. Bu obrazlar sərt reallıqdan uzaqdırlar, hər şeyin və hər kəsin zamanın axarına və təbəddülatına, eləcə də subyektiv qavrayışa tabe olduğunu bizə xatırladırlar.


Sərginin açılışı: 18 oktyabr, 2018

Saat: 19:00

Giriş yalnız dəvətnamə ilədir 


Sərginin müddəti: 19 oktyabr > 30 noyabr 2018

Sərginin iş rejimi: saat 12:00 - 20:00 (Bazar Ertəsindən başqa)

Giriş sərbəstdir


Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5 

T: +994 12 505 2323

E-mail: info@yaygallery.com


İştirakçılar:  

Hüseyn Hüseynzadə (d. 1935) Azərbaycan fotoqrafiya sənətinin ən vacib simalarından biridir. Onun ilk sənədli əsərləri qabaqcıl yerli qəzetlərdə nəşr olunub. Sənətkarın vizual materiallarının çeşidi çox zəngindir: portretlər, mənzərələr, həyat tərzi, Sovet fəhlələrinin əməyinə həsrolunmuş fotoşəkillər, onun öz vətəninə müstəsna marağını və sevgisini nümayiş etdirir. Onun ən gözəl klassik fotoqrafiya ənənələrində çəkilmiş fotoları, Azərbaycan peşəkar fotoqrafiya məktəbini əks etdirir.

Asiyat Fatullayeva (d. 1969) Azərbaycan milli fotoqrafiya sənətinin tarixində mühüm qadın simalardan biridir. Onun əsərləri, müxtəlif halları əks etdirir, fərdilik, irs, tarix və həyat tərzindən bəhs edir. Fotoqrafiya sənətinin portret, peyzaj, sənədli və kommersiya janrlarında çalışan rəssam, əsərlərində öz dəst-xəttini və həssaslığını qoruyub saxlayır.

Elnur Babayevin (d. 1962) yerli incəsənətin inkişafına verdiyi ən böyük və ən mühüm töhfə, Qarabağ qaçqınlarına həsr olunmuş fotoşəkillər silsiləsidir. Rəssam əsərlərində həssas məqamları qeyd etməklə, ən vacib mövzulardan bəhs edir. 

İlkin Hüseynov (d. 1988), əsasən Sovet hakimiyyətinin qalıqlarını, onun hələ də həll olunmamış fəsadlarını,eləcə də müasir Azərbaycanın sosial problemlərini lentə alan sənədli fotoqrafdır. Hüseynovun fotoşəkilləri keçmişin yaddaşına və təəssüratlarına çox tənqidi şəkildə yanaşır. O, London Fotoqrafiya Festivalının finalçısı, “Power House Books” müsabiqəsində ikinci yerin qalibidir.

Emil Xəlilov (d. 1977) bir çox yerli və beynəlxalq səviyyəli layihələrin qalibidir. Əsasən sənədli, habelə redaksiya fotoqrafiyası sahələrində çalışır. Onun maraq dairəsinə təbiət, ənənələr, həyat tərzi, memarlıq və insanlar kimi mövzular daxildir.

Sevinc Aslanova (d. 1977) bir sıra yerli və beynəlxalq səviyyəli sərgi və seminarların iştirakçısıdır. 2003-2005-ci illərdə “Dairə” fotoqraflar qrupunun üzvü olub. Onun əsərlərində əsasən yerli simalar əks olunur və obyektlərin görünməz gözəlliyi vurğulanır. Sevinc sənədli, peyzaj və portret fotoqrafiyası sahəsində fəaliyyət göstərir. 

Fəxriyyə Məmmədova (d. 1974) 2013-cü ildə Azərbaycanı Venesiya Biennalesində təmsil edib (Azərbaycan pavilyonu, “Ornamentation”sərgisi). Onun təcrübəsi ənənələrə və şəxsiyyətlərə istinad etməklə, gündəlik həyatımızın müxtəlif məqamlarını və dərin daxili duyğuları nümayiş etdirən vizual estetika və məzmunu bir araya gətirir.

Orxan Aslanov (d. 1985) fotoqrafiya məktəbinin təsisçisi, kommersiya fotoqrafdır. O, fotoqrafiyanın moda və nü janrlarında çalışmaqla yanaşı, Azərbaycanın landşaftlarına həsr olunmuş fotoları ilə də məşhurdur. Aslanov ən həyəcanlandırıcı məqamları seçməklə, gözəlliyi vurğulayır.  

Natavan Vahabova (d. )1978 Azərbaycan fotoqraflarının gənc nəslinin nümayəndəsidir. Onun sənəti insanın vizual-bədii formasını əks etdirir. Rəssamın foto əsərlərinin əsas mövzusu insan və onun həyat tərzidir. Ətraf mühiti vurğulamaqla, rəssam müxtəlif hekayələrdən bəhs edir.  

Nana Rəhimova (d. 1983) əsasən ağ və qara fotoqrafiya, işıq və kölgə oyunu üzərində işləyir. Onun əsərlərinin əsas mövzusu yaddaşa aid olan hisslər və emosiyalardır.

Sergey Xrustalyov (d. 1973) Bakıda yaşayan və fəaliyyət göstərən fotoqrafdır. O, şəhər həyatının görüntüləri, portretlər, sakinlər və obyektlər vasitəsilə sosial problemlərdən bəhs edir. Rəssamın əsərlərində məzmunun alt mətnində verilən yumşaq nişanələr, onun mövqeyinə dair ümumi məlumatı əks etdirir.

Cavidan Axundov (d. 1989), nisbilik və mücərrədlik arasında əlaqəni tapmaq üçün fotoqrafiya sənətindən istifadə edən rəssamdır. Öz əsərləri ilə, o, tamaşaçıların fotoqrafiya ilə bağlı anlayışı və sosial baxımdan qəbul edilmiş aydınlığı sual altına qoyur.

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)