YAY Qalereyası Art Dubay 2015 incəsənət yarmarkasında

YAY Qalereyası, Art Dubay 2015

18 – 21 Mart 2015

J10 stendi


YAY Qalereyası Rəşad Ələkbərovun və Hüseyn Haqverdinin timsalında Azərbaycan rəssamlarının əsərlərini nümayiş etdirən J10 stendi ilə "Art Dubai 2015" sərgisində iştirakını elan etməkdən məmnunluq hissi duyur. 


 

 


Hüseyn Haqverdi Səngəçal neft-qaz terminalını və Bakıda yerləşən Katolik Kilsəsini bəzəyən heykəltəraşlıq nümunələri ilə olduqca məşhurdur. Haqverdinin yığcam üslubu onun fikrinin təbii mahiyyətini aşkar etməyə çalışan subyektlər daxilində basqın ifadələrə istiqamətlənir. Haqverdinin "Art Dubai-2015" sərgisi üçün nəzərdə tutulmuş əsərlərində insan əli ilə xam materialdan hazırlanmış heykəltəraşlıq nümunələri təqdim olunmaqla, təbiət aləmi ilə insan aləmi bir araya gətirilir. Həndəsi və xətti formalar totemistik heykəltəraşlıq nümunələri üzərində qırılma xətləri yaradır ki, bu isə öz növbəsində materiala güclü və təbii görüntü qazandırır. Haqverdi rəssam ilə maddi aləm arasında davam edən dialoqun ona təcrübə qazandırdığı qənaətindədir; onun yaradıcılığı təbiətin və insanın sonu olmayan dəyişmə prosesini anlamağa və bu prosesin gedişatı zamanı formalizmə nail olmağa istiqamətlənir. Haqverdi rəngkarlıq, fotoqrafiya və video-art ilə məşğul olur, eyni zamanda onun əsərləri Avropa ölkələrində, Hindistan, BƏƏ və ABŞ-da təşkil olunan qrup və ya fərdi sərgilərdə nümayiş etdirilir. 


Rəşad Ələkbərov son illərdə Azərbaycanın dünya miqyasında incəsənət aləminin diqqətini cəlb etməyə müvəffəq olmuş görkəmli rəssamlarından biridir. Ələkbərovun instalyasiya əsaslı əsərləri müəyyən formalara malik və xüsusi şəkildə yerləşdirilmiş müxtəlif, yaxud da əksinə, oxşar əşyaların zəruri bucaq altında işıqlandırıldığı zaman divara düşən kölgələrdən ibarət simvolik mənalı quraşdırmalar əsasında yaradılır. Sözügedən "kölgə əsərləri" gerçəkliyi və qavrayışı şübhə altına almaq üçün çoxsaylı dillərə və mədəni rəsmlərə əsaslanır; quraşdırma və yaradılma, işıq və qaranlıq, reallıq və qavrama arasında mövcud olan gizli əkslərin cütlüyü onun yaradıcılığının əsas hissəsini təşkil edir. Ələkbərovun "Art Dubai-2015" sərgisi üçün nəzərdə tutulmuş sifarişləri "kölgə əsərləri"nin daxilində əks olunan yeni incəlikləri tədqiq etməyə imkan verəcək miqyasda hazırlanmışdır. Əsərlərdə ünsiyyətə xas olan fikir ayrılıqlarını təhlil etməklə, işarə və məna arasındakı əlaqəni şübhə altına almaq üçün mətndən, yazıdan və dildən istifadə olunmuşdur. Xaotik şəkildə düzülmüş obyektlər mücərrəd və təsvir arasındakı münasibət əsasında hərəkət etməklə və açıq-aşkar nəzərə çarpan nizamsızlığa bir məna qazandırmaqla, düşən kölgələri təmizləmək üçün divarı işıqlandırır.    


YAY Qalereyası Bakının tarixi məkanı, YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş obyektlərin arasında olan İçəri Şəhərin mərkəzində yerləşir. Qalereya YARAT qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycan incəsənəti üçün infrastrukturun dəstəklənməsi məqsədilə təsis edilmişdir. Qalereya sosial müəssisədir; YAY (“yaymaq” sözündəndir, ötürmək, çatdırmaq mənasında) satışlardan əldə olunan bütün gəlirləri rəssamlar və YARAT təşkilatı arasında bölüşdürür. Qalereya il ərzində təşkil olunan 6 sərgidən əlavə, mühazirələrin və nəşrlərin proqram istiqamətləri üçün güclü dəstək yaradır. YAY Qalereyasında təmsil olunan rəssamlar beynəlxalq sərgilərdə iştirakını davam etdirirlər. Faiq Əhməd 2013-cü ildə nüfuzlu “Jameel” mükafatına namizəd göstərilmiş və onun əsərləri Londonun Viktoriya və Albert Muzeyində sərgilənmişdir. 2014-cü ilin iyun ayında Nəzrin Məmmədova, Rəşad Ələkbərov və Fərid Rəsulov Delfina Fondunun təşkil etdiyi art-rezidensiya proqramı çərçivəsində Londonda olmuşdular. 


YAY Qalereyası, J10 stendi, Art Dubai, Dubai, UAE

18 – 21 mart 2015

Art Dubai T: +9714 384 2000

YAY Qalereyası T: +994 012 505 23 23


Media və çəkiliş müraciətləri üçün əlaqə bilgiləri:

Emma Gilhooly vı ya Josh Dobbins (Pelham Communications)

Telefon: +44 (0) 208 969 3959

Email: emma@pelhamcommunications.com or  josh@pelhamcommunications.com

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)