YAY Qalereyası Art Dubay 2016 incəsənət sərgisində

YAY Gallery, Art Dubai 2016

16 – 19 March 2016

F8 Pavilyonu


YAY Qalereyası Aida Mahmudova, Rəşad Ələkbərov, Orxan Hüseynov, Fərhad Fərzəliyev kimi Azərbaycan rəssamlarının və tanınmış Qazaxıstan rəssamı Almagül Menlibayeva timsalında öz əsərlərini nümayiş etdirən F8 stendi ilə "Art Dubai 2016" beynəlxalq incəsənət yarmarkasında iştirakını elan etməkdən məmnunluq hissi duyur. 

"Art Dubai 2016" yarmarkasına rəssam Rəşad Ələkbərov əvvəllər Şarja İslam İncəsənət Festivalında nümayiş olunmuş “All That Glitters Is Not Gold” kölgə kəlməsi instalyasiyası ilə, Aida Mahmudova isə 2015-ci ilin noyabrında Bakı Müasir İncəsənət Muzeyində “Elysium” adlı fərdi sərgisində nümayiş olunan 2 əsəri ilə qatılacaqlar. Fərhad Fərzəliyev “Yeganə pələngin mənəm” adlı ilk fərdi sərgisindən olan 3 əsəri və Orxan Hüseynov məxsusi olaraq "Art Dubai 2016"  üçün yaratdığı – məşhur  “Muslim Astranauts” silsiləsinin 7 yeni əsəri nümayiş etdirəcəklər. Qazaxıstan rəssamı Almagül Menlibayeva isə 56-cı Venesiya Biennalesi çərçivəsində təqdim olunan “Odla suyun birliyi” layihəsi üçün xüsusi yaradılmış – ənənə, tarix, mədəniyyət və memarlıq mövzularını tədqiq edən əsərləri təqdim edəcək.


Art Dubai Yaxın Şərqdə və Cənubi Asiyada ən vacib beynəlxalq incəsənət sərgisidir. Beynəlxalq müasir incəsənət yarmarkası BƏƏ-də ilk dəfə 2007-ci ildə Quttenhaym və Luvr muzeyləri birgə layihələrinin reallaşdırılması ilə əlaqədar təsis edilib. Son 7 ildə regionda aparıcı beynəlxalq müasir incəsənət yarmarkası olan Art Dubai dünyanın ən vacib rəsm qalereyalarının görüş yeridir. 
 


Art Dubai 2016 haqqında ətraflı məlumat: www.artdubai.ae


Rəssamlar haqqında:

Rəşad Ələkbərov (d.1979, Bakı) Bakı şəhərində yaşayıb-yaradır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin məzunu olan Rəşad Ələkbərovun yaradıcılıq dairəsinə boyakarlıq, heykəltəraşlıq, teatr dekorasiyaları, video-art və memarlıq dizaynı daxildir. Onun əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın əsərləri 56-cı Venesiya Biennalesi (2015) çərçivəsində təqdim olunmuş “Odla Suyun Birliyi” adlı layihənin bir hissəsi olmuşdur. Rəssamın fərdi sərgiləri Bakı Müasir İncəsənət Muzeyi (2014) və YAY Qalereyasında (fevral, 2016) keçirilmişdir.


Aida Mahmudova 1982-ci ildə Bakı şəhərində dünyaya gəlib. Bakı və London şəhərlərində yaşayıb-yaradır. O, 2006-ci ildə Londonda yerləşən Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir, o cümlədən: 56-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun Vita Vitale sərgisində, Romanın MAXXI Muzeyində və 55-ci Venesiya Biennalesində Love Me, Love Me Not sərgisində nümayiş olunub. Rəssamın fərdi sərgiləri 2013-cü ildə Barbarian Art Gallery (Sürix), 2015-ci ildə isə Nyu-Yorkda Leila Heller Gallery və Bakıda Müasir İncəsənət Muzeyində keçirilib.

Aida Mahmudova 2011-ci ildə əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması və Azərbaycan incəsənətinin ölkə daxilində və beynəlxalq səviyyədə təbliğ olunması ilə məşğuldur.


Almagül Menlibayeva 1969-cu ildə Almatı şəhərində dünyaya gəlmişdir. Rəssam hal-hazırda Almatı, Amsterdam və Berlin şəhərlərində yaşayıb-yaradır. Almagül Menlibayeva 1992-ci ildə Qazaxıstan Dövlət Teatr və Rəssamlıq İnstitutunun dekorativ-tətbiqi sənət fakültəsini bitirmişdir. Almagül Menlibayeva müxtəlif texnikalarda çalışır - zamanlardan və məkanlardan keçən ortaq mədəniyyət hadisələrini rəngkarlıq, qrafika, performans, instalyasiya, video və s. təsviri sənət növlərinin ifadə vasitələri ilə təcəssüm etdirir. Menlibayevanın özünəməxsus sənət dəst-xətti dünyalardan, mədəniyyətlərdən, qərinələrdən keçən sözsüz-kəlməsiz dialoqlar üzərində qurulub. Sovetlər öncəsi, islam öncəsi, şamanlar və dərvişlər dövrünə aid tarixi mədəniyyətlərdə qadının rolu, qadının tutduğu yer - bu, Menlibayevanın xüsusi diqqətlə yanaşdığı mövzudur. Rəssam hal-hazırda Almatı, Amsterdam və Berlin şəhərlərində yaşayıb-yaradır.


Fərhad Fərzəliyev 1989-ci ildə Bakı şəhərində  dünyaya gəlib və hal-hazırda bu şəhərdə yaşayıb-yaradır. Fərhad 2012-ci ildə Bakıda Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin fərqlənmə diplomu ilə bitirib, təsviri sənət üzrə magistrdır. Rəssam müxtəlif janrlarda işləyir, diqqətini əsasən yeni mediada cəmləyir: video və fotoqrafiyadan saund-instalyasiyalaradək. Fərhad Fərzəliyev xarici ölkələrdə keçirilən çoxsaylı sərgilərdə iştirak edib. Rəssamın əsərləri Bakıda yerləşən Müasir İncəsənət Muzeyinin kolleksiyasına daxildir. Fərhad Fərzəliyevin əsərləri Şarjada keçirilən 16-ci İslam İncəsənət Festivalında, Daşkənddə keçirilən Beynəlxalq Müasir İncəsənət Biennalesində və Vyana şəhərindəki Ausstellungsraum des BMUKK sərgisində nümayiş etdirilib. 2015-ci ildə isə “Səmadan bir damla” adlı 3-cü Bakı pablik art festivalı kimi qrup layihələrdə iştirak edib. 


Orxan Hüseynov 1978-ci ildə Bakı şəhərində dünyaya gəlib və hal-hazırda bu şəhərdə yaşayıb-yaradır. 2000-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənətin tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistr dərəcəsini qazanıb. Rəssam instalyasiya, rəngkarlıq və video sahəsində çalışır. Orxan Hüseynov eyni dərəcədə rəsm, rəngkarlıq və bir çox digər növlərdə məhsuldar olan rəssamdır. Onun yaradıcılığının mərkəzində ölkəsinə, milli ənənələrinə və tarixinə olan sevgi hissi durur. Mədəniyyət, incəsənət, gündəlik həyat, təbiət, ənənəvi oyunlar – bütün bunlar onun əsərlərində öz əksini tapır. Orxan Hüseynov xarici ölkələrdə keçirilən bir çox sərgilərdə iştirak edib. Bakı və İstanbul şəhərlərində fərdi sərgisi keçirilib.


YAY Gallery (Azerbaijan), F8 pavilyonu, Art Dubai 2016, Dubai, UAE
16-19  Mart 2016


Əlavə məlumat üçün: Anastasia.b@yaygallery.com 

YAY Gallery T: +994 012 505 23 23

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)