YAY qalereyası Contemporary Istanbul sərgisində Sənan Ələsgərovun və Çingiz Babayevin əsərləri

YAY qalereyası Contemporary Istanbul sərgisində

Sənan Ələsgərovun və Çingiz Babayevin əsərləri

13-16 noyabr 2014-cü il


YAY qalereyası 2014-cü ildə Contemporary Istanbul (“Müasir İstanbul”) beynəlxalq incəsənət sərgisində ilk dəfə iştirak edəcəyi barədə məmnuniyyətlə xəbər verir.


Bakıda (Azərbaycan) yerləşən qalereya İstanbul sərgisinə iki Azərbaycan sənətkarının işlərini təqdim edəcək: Çingiz Babayevin yeni heykəltəraşlıq əsərlərini və Sənan Ələsgərovun təzəlikcə yaratdığı silsilə fotolarını. Diqqətini, əsasən, Azərbaycanın və xarici ölkələrin müasir rəssamları ilə ilk tanışlıq layihələrinə yetirən YAY qalereyası İstanbulda açılan müasir incəsənətin dinamik səhnəsindən öz işini nümayiş etdirəcəyindən qürur duyur.

Çingiz Babayevin yaratdığı dörd iriölçülü heykəl sənətkara məxsusi olaraq bu sərgi üçün sifariş edilmişdi. Mumdan düzəldilmiş həmin heykəllər barmaqları və barmaq oynaqlarını xatırladan hissələrdən ibarət improvizasiya əsərləridir. Ümumiyyətlə, əl mövzusu sovet dönəminin sosialist realizmi üslubunda hazırlıq keçmiş müəllifin gözünə simvolik görünür, axı o vaxtlar “əl zəhməti” obrazı incəsənətdə olduqca çox təkrarlanırdı. İnsan əllərini təşkil edən elementləri bir-birindən ayırmaqla rəssam keçmişin o simvolizminə işarə vurur. Çingiz Babayev heykəltəraşlıq, rəngkarlıq, qrafika, instalyasiya, video və performans sahələrini mənimsəmiş çoxistiqamətli sənətkardır. O, 2007-ci və 2013-cü illərdə öz ölkəsini Venesiya Bienallesinin Azərbaycan Pavilyonunda təmsil etmişdi. 2013-cü ildə 2-ci Bakı Xalq Sənəti Festivalı üçün xalq sənəti layihəsinin yaradılması YARAT (YAY qalereyasının təsisçisi olan qeyri-kommersiya təşkilatı) tərəfindən ona sifariş olunmuşdu.

Sənan Ələsgərov özünün “Sadəliyin şəffaflığı” silsiləsindən altı fotoşəkli sərgiyə gətirəcək. Azərbaycanın sürətlə dəyişən şəhər mühitindən müəllifin narahatlığını ifadə edən bu silsilə fotoların diqqət mərkəzində bir ağac, uşaq yelləncəyi və ya divar kimi sadə obyektləri görürük. Müəllif fotoşəkillərin üzərində əlavə işləyərək, onları sanki nimdaş və ya günəşin qabağında qalıb solmuş hala salıb, bununla da seyricidə bugünkü şəhər mənzərəsinə qarşı nostalji hissi oyadılır: tezliklə bu mənzərə də yox olacaq, axı qədim tarixə malik Bakı şəhəri sürətli yenidənqurma ilə üzləşmişdir. Sənan Ələsgərov 2007-ci və 2013-cü illərdə öz ölkəsini Venesiya Bienallesinin Azərbaycan Pavilyonunda təmsil etmişdi. 2014-cü ildə onun əsərləri Vyana İncəsənət Yarmarkasının Azərbaycana həsr olunmuş “Fokus” sərgisində göstərilmişdi. YAY qalereyasında 2013-cü ildə “Sadəliyin şəffaflığı” adlı fərdi sərgisi keçirilmişdi.


Contemporary Istanbul haqqında

Contemporary Istanbul möhtəşəm beynəlxalq incəsənət sərgisi olmaqla hər kəsin diqqətini bu ucu-bucağı görünməyən, bənzərsiz şəhərin sənət mənzərəsinə çəkir. 2014-cü ildə Contemporary Istanbul artıq 9-cu dəfə keçiriləcək. Bu ilin sərgi tədbirləri 13-16 noyabr tarixlərində İstanbul Konqres Mərkəzində (Istanbul Congress Centre – ICC) və İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında (Istanbul Convention and Exhibition Centre – ICEC) düzənlənəcək. 

12 noyabr – xüsusi təqdimat (VIP)

13-16 noyabr 2014-cü il

İstanbul, Türkiyə

contemporaryistanbul.com


İnformasiya

Tarix
12 Noyabr 2014 / sərgiyə baxış (dəvətnamə ilə)
13-16 Noyabr 2014 / sərgi (hamı üçün)

Ziyarət saatları
13-16 noyabr 2014 11:00-20:00

Giriş ödənişlidir
Müntəzəm - 20,00 TL (7 EUR)
Tələbələr üçün - 12,00 TL (4 EUR) 


 

YAY qalereyasına ünvanlanan satış müraciətləri üçün əlaqə bilgiləri::

YAY qalereyasının direktoru Anastasiya Bloxina

Telefon: +99450 289 3132 

E-mail: anastasia.b@yaygallery.com

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)