“Montoro 12 Contemporary Art” qalereyasında Faiq Əhmədin “Omnıa Mutantur, Nıhıl Interıt” sərgisi

12 Mar > 24 Mar 15

“Montoro 12 Contemporary Art” qalereyası 

Faiq Əhməd

“Omnıa Mutantur, Nıhıl Interıt”

(“Hər Şey Dəyişilir, Heç Nə Məhv Olmur”) 

adlı fərdi sərgisi 

12 mart – 24 aprel, 2015-ci il

Açılış: saat 18:00-20:00, Cümə axşamı, 12 mart, 2015


“Montoro 12 Contemporary Art” azərbaycanlı rəssam Faiq Əhmədin (t.1982, Bakı) İtaliyadakı ilk fərdi sərgisini böyük qürurla təqdim edir. Rəssam ənənəvi Azərbaycan xalılarının dizaynının möhtəşəm müasir incəsənət əsərlərinə çevrildiyi yeni “xalça işləri” silsiləsini nümayiş etdirəcək. İtaliyada Venesiya Biennalesində (2007, 2013) iştirakı ilə tanınmış rəssam əsərlərini bir çox əsas beynəlxalq incəsənət mərkəzlərində: Nyu-York, Paris, London, Berlin, Dubay, Moskva və Honkonqda sərgiləmişdir.

2007-ci ildə Faiq Əhməd yerli ənənələrinin rəmzi olan əllə toxunmuş Yaxın Şərq xalılarının ənənəvi model və dizaynlarının dekonstruksiya edərək heyranedici vizual şedevrə çevrildiyi əsərlər silsiləsinə başlamışdır. Misal üçün, onun “Yağlama” əsərinə baxdıqda biz ortadan aşağıya doğru duru təəssüratı bağışlayan rənglərin kaskadına çevrilən ənənəvi Azərbaycan xalçası görürük. Sanki bu əsərdə xalçanın təməli çoxrəngli boya axınlarına çevrilib. Yuxarı hissədə olduğu kimi aşağının da təbii rənglərdən ibarət yun xalça olması çox inandırıcı bir vizual illüziyadır.


Kerolayn Busta Artforum icmalında (oktyabr, 2013) Faiq Əhmədin əsərləri haqqında deyir: “Qərbdən olmayan mədəniyyət nümayəndələrini inkar edən, istehza və boş rəmzlərdən istifadə edən və şifrələri düzgün şərh etməyən post-kolonial tendensiya mövcuddur, lakin Əhməd bütün bunları böyük uğurla istifadə etməkdədir.”


Montoro12 Contemporary Art
Via di Montoro, 12
00186 Roma, İtaliya

e-mail info@montoro12.it
tel +39 06 68308500
cel +39 366 8021112

Çərşənbə - Şənbə 
Saat 15.00 - 19.00


www.m12gallery.com

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)