Fərid Rəsulovun Rabouan Moussion Qalereyasında Fərdi Sərgisi, Paris

06 Sep > 11 Oct 14

Fərid Rəsulov

Qonaq otağında itlər

Fərdi Sərgi

6 sentyabr > 11 oktyabr 2014

Açılış günü: Şənbə, 6 sentyabr 2014

Robuan Moussion Qalereyası Fransada mədəniyyətlərin tədqiq olunmasına yönəldilmiş, 55-ci Venesiya Biyennalesində uğurundan sonra, Azərbaycan rəssamı Fərid Rəsulovun Fransada debüt fərdi sərgisini təşkil edir. O, hər yeri əhatə edən, yerdən tavana qədər olan məkanı örtən, milli Azərbacaycan xalçasından ibarət instalyasiya təqdim edəcək. Məkan islimi və müşrabiyə vasitəsilə əşyaya transformasiya  olunaraq, əsərin özünə çevrilir. 

Ornamentin təyinatı, oyma və ya rənglənmiş olmasından asılı olmayaraq, obyekti bəzəmək üçün nəzərdə tutulub.  Bu instalyasiya vasitəsilə Fərid Rəsulov müasir incəsənət və transformasiyalar üçün əhəmiyyətli olan bəyaz kub anlayışını eyni xəttlər və əyriləri təkrarlayaraq açıqlayır və onun asketizmini parçalayır. Parçanın rolu burada funksionallığın saxlanılmasına yox, məhz Şərqlə Qərbin üzləşməsinə yönəlib. 

Sovet İttifaqının ənənə və müasirlik, Şərq və Qərb arasında bölünən, eyni zamanda dəyişən ölkənin rəmzi olan bu ənənəvi naxışlar – motivus latınca “hərəkət edən” deməkdir.

Bu əsər  nə səmərəli, nə də faydalı konseptual çılpaqliğa arxalanır. Bütün kompozisiyanın ornamenti qədim ənənənin əlamətlərini artıraraq, onların məna və təyinatını dəyişir. Məkan irsi parça kompozisiya sayəsində mövcud qarışıqlığın müxtəlifliyinə çevrilmiş olur ki, bu da eyni zamanda həm faydalı, həm də rəmzi xarakter daşıyır. Müxtəliflik içində məna itir və bu halda mədəni dialoq işə salınır: toxuculuğun keyfiyyəti, mənanın təcrid olunmasına gətirib çixarır. Hissiyatlı təcrübə tamaşaçını hələ kəşf olunmamış müəyyən kainata aparır. 

Kurator: Azad Asifoviç


Rabouan Moussion Qalereyası

İŞ SAATLARI:
BAZAR ERTƏSİ - CÜMƏ saat 10.00 - 19.00


121, rue Vieille du Temple, 75003 Paris

e-mail: rabouanmoussion@noos.fr

Tel: +33(0)1.83.56.78.21 - www.galerie-rabouanmoussion.com


Mətbuat mərkəzi: 2e Bureau - Martial Hobeniche: m.hobeniche@2e-bureau.com

+33 (0)1 42 33 93 18 Perrine Ibarra: culture2@2e-bureau.com

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)