İştirak edin: Pablik Art Layihəsi Müsabiqəsi

12 Nov > 30 Dec 14

2014-cü ilin noyabr ayında YAY Qalereyası və Yarat Müasir İncəsənət Məkanı müasir incəsənətə dəstək ideyası çərçivəsində yeni “Şəhərin səsi” adlı beynəlxalq pablik-art layihəsinə start verir. Layihə YAY Qalereyasının qarşısında olan postament üçün publik art layihənin işlənməsinin açıq müsabiqəsidir. 


YAY Qalereyası böyük məmnuniyyətlə rəssamları, heykəltəraşları, memarları, dizaynerləri müsabiqədə iştirak etməyə dəvət edir. Art layihə qismində heykəl, instalyasiya, monumental qurğular, strit-art layihələri, o cümlədən işıq və digər effektlərin istifadəsilə ərsəyə gələn və ictimai yerlərdə nümayiş üçün nəzərdə tutulan eskizlər qəbul olunur.

Müsabiqənin konsepsiyasının tezisi  -  “İnsanın daxili dünyasının müasir dünyanın xarici faktorları ilə toqquşması”dır.

Müasir şəhər yaşayış üçün cəlbedici yerdir. Şəhərin məkanı müasir həyət tərzinin təcəssümü və bir növ, mücəssəsinə çevrilir. Əhalinin müxtəlif qatları öz maraqları, zövqləri və arzularına uyğun olaraq şəhər məkanının təşkilinə öz tələblərini irəli sürürlər.

Müasir dünyada insan böyük şəhərin artmış səs-küyü ilə artıq bacarmaq gücünə malik deyil. Hərəkətdə olan avtomobillərin gurultusu, bitməyən təmir işləri, çoxsaylı reklam aksiyaları, avtomobil siqnalizasiyasının dəhşətli səsi – bütün bunlar və bir çox başqa faktorlar, bir tərəfdən şəhər infrastrukturunun və cəmiyyətin bütövlükdə inkişafının ayrılmaz hissəsidir, lakin hər zaman “medalın əks tərəfi” də var ... İnsanın şəxsi məkanına bu səs-küy necə təsir edir? Pəncərələri bərk bağlayıb, pərdələri çəkmək, qulaqlara pambıq salmaq problemin həlli deyil.

Böyük şəhərin müasir sakini onu əhatə edən səs-küydən heç yerdə gizlənə bilmir. Fiziki məkan komfort, harmoniya hissinə, insanın ətrafındakılarla uyğunlaşmasına və ya əksinə özgəninkiləşməsinə gətirib çıxara bilər...


Müsabiqədə iştirak açıq və pulsuzdur.


Müsabiqəyə iş təqdim edən hər iştirakçı məhdud sayda (maksimum 5) layihə təklif edə bilər. Müsabiqənin şərtlərinə görə art layihələr orijinal olmalıdırlar: xüsusi olaraq bu layihə üçün yaradılmalı, müəllifin şəxsən irəli sürdüyü konsepsiyaya əsaslanmalı (kiminsə öncədən mövcud olan konsepsiyasından götürülməməlidir), bundan qabaq heç yerdə nümayiş / dərc olunmayan, istehsal və realizə olunmamalıdırlar.

Art layihədə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan vizual və yazılı informasiyanın yayılması (vətəndaşların və ya millətlərin (o cüm. milli azlıqların) dini və irqi hisslərin təhqiri, zorakarlığa, ekstremizmə çağırış, pornoqrafiya, narkotik vasitələrin, intihar və s. təbliği) qadağandır. 

Müsabiqənin finalçısı iştirakı haqda sertifikat alacaq. Bundan əlavə, müsabiqənin qalibi pul mükafatı da alacaq. 

Layihə çərçivəsində qalib olmuş əsər realizə olunacaq və Yay Gallery qarşısındakı postamentdə quraşdırılacaq. Seçilmiş işin realizə olunması üçün YAY Qalereyası işin istehsalına lazım olan xərcləri öz üzərinə götürəcək.  

Layihələr bütün texniki parametrlərin qiymətləndirilməsindən sonra incəsənət peşəkarları tərəfindən qalib müəyyən olunacaq.


Müsabiqənin iştirakçısı olmaq üçün müsabiqənin elan olunduğu gündən etibarən, qeydiyyatın bitdiyi günə qədər www.yaygallery.com saytına daxil olaraq müsabiqədə iştirak üçün yaradılmış ərizə formasını yükləyib dolduraraq info@yaygallery.com e-mail ünvanına göndərmək lazımdır.


Müsabiqəyə göndərilmiş material, sənədlər, eyni zamanda art layihə geri qaytarılmır.


Müsabiqəyə açıq səma şəraitinə və xarici təsirə davamlı 146 x 324 sm ölçüsündə postament üçün nəzərdə tutulmuş layihələr qəbul olunacaq.



Müsabiqə işləri haqqında:

Art layihə qismində heykəl, instalyasiya, monumental qurğular, street art layihələri, o cümlədən işıq və digər effektlərin istifadəsilə ərsəyə gələn və ictimai yerlərdə nümayiş üçün nəzərdə tutulan obyektlər üçün eskizlər qəbul olunur. 

Müsabiqənin şərtləri:

İştirak üçün müsabiqənin elan olunma tarixinə 18 yaşı tamam olmuş dizayner, memarlıq və ya digər bədii sahədə çalışan (peşəkarlar və həvəskarlar) və yaradıcı ali məktəblərin tələbələri olan şəxslər dəvət olunur. 

Müsabiqədə iştirak açıq və pulsuzdur. Müsabiqənin iştirakçısı olmaq üçün qeydiyyatın açıq elan olunduğu tarixdən etibarən, qeydiyyatın bitdiyi tarixə qədər www.yaygallery.com saytına daxil olub:   

1. Müsabiqənin tematikası ilə tanış olmaq;
2. Müsabiqədə iştirak üçün ərizə formasını yükləmək;
3. Müsabiqənin şərtlərinə uyğun olaraq ərizəni doldurmaq;
4. İştirak üçün doldurulmuş ərizə formasını info@yaygallery.com e-mail ünvanına göndərmək lazımdır

*Ərizələr 30 dekabr 2014-cü il, saat 18:00-dək qəbul olunacaq.

Müsabiqənin hər bir iştirakçısı özü Yay Gallery-ya təqdim etdiyi materiallarda doğru məlumat, o cümlədən, iştirakçı ilə operativ əlaqə qurmağa imkan yaradan əlaqə (rabitə) informasiyası verməlidir. 


Müsabiqənin şərtlərini və ərizə formasını yükləyərək layihə haqqında daha ətraflı öyrənə bilərsiniz.


Məlumat üçün əlaqə: info@yaygallery.com və ya +99412 505 2323

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)