Rəşad Ələkbərov ARTBAT FEST 2014 iştirak edir

28 Aug > 29 Sep 14

YAY Qalereyası böyük məmuniyyətlə rəssam Rəşad Ələkbərovun Qazaxıstanın Alma Ata şəhərində baş tutacaq ARTBAT FEST ictimai incəsənət festivalında iştirakını elan edir. Rəşad Ələkbərov XIX əsrin tanınmış Qazax şairi və filosofu olan Abay Kunanbayevin “Hər şeyi qəlbiniz vasitəsilə yoxlayın” sitatından ibarət proyeksiya ilə kölgə instalyasiyasını təqdim edəcək. Bu əsər 28 Avqust – 29 Sentyabr tarixlərində festival çərçivəsində nümayiş olunacaqdır.

28 аvqust – 29 sentyabr, Аlmatı, Qazaxstan 

Təşkilatçılar: “Avrasiya Mədəni Alyansı” ictimai birliyi

Кurator: Kristina Şteynbrexer – Pfandt (VIENNAFAIR The New Contemporary müasir incəsənət yarmarkasının art direktoru)

ARTBAT FEST – miqyaslı public art hadisəsidir. Festival 5-ci dəfə Qazaxstanın ən enerjili şəhəri Almatıda xarici və qazax rəssamlarının public art layihələrini təqdim edəcək. 

«Ağıl Şəhəri – cəmiyyət eləcə də ətraf mühit üçün əlverişli olan sosial davranışın potensial təsirini öyrənən art layihədir. Bundan əlavə o, şəhərin infrastukturasına incəsənətin göstərdiyi estetik təsirini tədqiq edir. Layihə ictimai məkanın müasir incəsənət və dizaynın köməyi ilə yaxınlaşdırılması prinsipinə əsaslanır» - Kristina Şteynbrexer – Pfandt 5-ci ARTBAT FEST – “Ağıl Şəhəri” festivalının kuratoru.

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)