YARAT Cosmoscow İncəsənət Yarmarkasinda Rəşad Ələkbərovun installyasiyasını təqdim edir

02 Oct 14

YARAT Rəşad Ələkbərovun instalyasiyasını COSMOSCOW incəsənət yarmarkasında təqdim edir

19 – 21 Sentyabr 2014

Mərkəzi Manej, Moskva

Bakıda (Azərbaycan) əsası qoyulan Yarat qeyri hökümət müasir incəsənət təşkilatı 2014-cü il sentyabrda COSMOSCOW adlı Rusiyanın beynəlxalq müasir incəsənət yarmarkasında iştirak etdiyini ela edir. Yarat yarmarkanın qeyri – kommersiyalı iki meydançasından birində Rəşad Ələkbərovun (1979 təvəllüdlü) əsərini təqdim edir. Son illər ərzində məşhurlaşan və Bakıda yaşayıb yaradan Rəşad Ələkbərov, Azərbaycan rəssamlarının davamçısıdır.

COSMOSCOW üçün Rəşad  bütün divarı əhatə edən və qonaqlar üçün qismən keçilməz olan əsər hazırlayıb. “Cui Bono” adlanan instalyasiya sıx kəndirlərdən ibarət olub məkan boyunca genişlənərək  matris formasını əmələ gətirir. Arxadan işıqlandırılaraq kəndirlər “Cui Bono” mesajı formasını alır. Latın sözü olan Cui Bono “kimin xeyrinə” mənasını daşıyır,  xüsusilə konflikt və müharibə ilə bağlı olan qıcıqlandırıcı motivasiya haqqında universal sual xarakterini daşıyır. İnstallasiyanı təşkil edən kəndirlərin sərbəst şəkildə asılması, möhkəm qaytanlanması və kəmənddə bəndlənməsi sadə bir kəndirin münaqişə zamanı situasiyada necə maneə, xilaskar və daha qanlı formaya gətirib çıxara biləcək səbəbkar olmasının göstəricisidir.  

Karyerası boyunca xüsusi visual dili inkişaf etdirərək, Ələkbərov işıqlanmış obyektlərin divara düşən kölgələrindən ibarət simvolik mənalı instalyasiyalar yaradır. Öz əsərlərində çox sayda dillərə və mədəni simvollara arxalanaraq, kölgələr vasitəsilə çatdırılacaq mesajlarda Ələkbərov suallar verir. 


COSMOSCOW haqqında

COSMOSCOW Moskvanın ən tanınmış mədəni mərkəzlərindən biri kimi Rusiya və MDB-də Rusiya  və beynəlxalq müasir incəsənət rəssamları arasında mədəni dialoqunun yaradılmasını məqsədi daşıyan ilk və yeganə müasir incəsənət yarmarkasıdır.

İncəsənət yarmarkası bu günki Moskva səhnəsində və paytaxtda müasir rəssamların, kolleksionerlərin və incəsənət sevərlərin təyinatı kimi artan marağın təmin olunması məqsədilə yaradılmışdır. Seçilmiş əsərlər və dəvət olunmuş tərəfdaş təşkilatlar inkişaf edən və özlərini təsdiq etmiş rəssamların əsərlərini nümayiş etdirəcəklər. Geniş parallel proqram yerli və beynəlxalq təşkilat və kuratorlar, qeyri – kommersiya layihələri və müzakirələri əhatə edəcək. Cosmoscow Moskvanın inkişaf etməkdə olan müasir incəsənət səhnəsin ilə birgə fəalliyət göstərərək onu şəhərin böyük mədəni tarxinə çevirəcək.

COSMOSCOW, kolleksioner və himayəçi Marqarita Puşkinanın ideyası olub və ilk dəfə 2010 – cu ildə həyata keçirilib. MDB və Rusiya üzrə auksion mərkəzi olan Kristis evinin keçmiş rəhbəri Sandra Nedvetskayanın da yarmarkaya qoşulması, yarmarkanın açılışını, məhz bu ilin sentyabr  ayında, Rusiya müasir incəsənəti üçün səmərəli bir ildə elan edir.


1 MANEZHNAYA SQUARE

MƏRKƏZİ MANEJ

MOSKVA, RUSİYA

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)