Yay Qalereyası Müseib Əmirovun əsərlərini polo üzrə çempionatda təqdim edir

05 Sep > 07 Sep 14

YAY Qalereyası nəzərinizə çatdırır ki,  5 - 7 sentyabr 2014-cü il tarixlərində keçiriləcək İkinci Beynəlxalq Polo Turnirində iştirak etmək niyyətindədir.


Azərbaycanın çoxəsrli ənənələrinə nəzər yetirsək, görə bilərik ki, poloya qarşı sevgi qədimdən olaraq bu torpaqda hökm sürür. “Çovqan” adlı milli oyun artıq UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb və, sözsüz ki, müasir polo oyununun mənbəyi sayıla bilər. Bu əlamətdar gündə “YAY” Sərgi Salonu bu cür beynəlxalq turnirdə ilk dəfə çıxış edən Azərbaycan millisini dəstəkləmək məqsədilə əməkdar Azərbaycan rəssamı Müseyib Əmirovun kiçik sərgisini təşkil etmək qərarına gəlib. Müseyib Əmirov 1963-cü ildə Bakıda rəssam Arif Əmirovun ailəsində dünyaya göz açıb. Rəssamın ərsəyə gətirdiyi əsərlər dəfələrlə ABŞ, Fransa, Almaniya və Litvada nümayiş olunub, habelə dünyanın bir çox muzeylərində və özəl kolleksiyalarında saxlanılmaqdadır. Turnirin dəstəklənməsi üçün təşkil olunan sərgidə rəssamın Ana-Vətəni Azərbaycanın ecazkar torpağın hüsnünü təsvir edən işlər nümayiş olunacaq. Burada Siz Abşeron məqamlarını, Pirşağı görüntülərini, uzaq Şəkini və Vətənin ucsuz-bucaqsız məkanlarından toplanan çiçəkləri seyr edə bilərsiniz. Azərbaycanın füsnkar mənzərələrini özünəməxsus coşqun kolorit tərzində təsvir edən rəssam onlara həyat ruhu əta edir. Məftunedici canlı və allı-bəzəkli əsərlər öz sadəliyi və rəng zənginliyi ilə insanı məst edir. 


Ünvan:

Binə Atçılıq Klubu

İçəri Şəhər, Kiçik Qala küçəsi 5

Azərbaycan, AZ 1000

+99412 505 23 23

E-mail info@yaygallery.com

İş saatları

12:00 – 20:00 (Qeyri-iş günü – Bazar Ertəsi)